Вакансии
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
| Vakansiya nömrəsi | #671351 |
| Vakansiyanın adı | Mühəndis |
| Qurumun adı | ASCO Donanmaları |
| Qurumun struktur bölməsinin adı | Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsi |
| Qurumun ünvanı | Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi |
| Vakansiyanın kateqoriyası | Mütəxəssis |
| Əməyin ödənilmə dərəcəsi | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
| Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
| Əmək şəraiti | Sahil obyektləri və gəmilər |
| İş vaxtının norması | İş vaxtı - saat 09:00-18:00 ; nahar vaxtı - saat 13:00-14:00 |
| Siğorta təminatı | Tibbi sığorta |
| İş yerinə çatdırılma | Var |
| Təhsil səviyyəsi | Ali (texniki) |
| Tələb olunan sertifikatlar | Sahə üzrə əlavə sertifikatların olması üstünlükdür (OHS awarnesses training, ISO 45001, 9001-2015, 14001-2015 Auditor, Marine safety training, HAZMAT – IMDG – awarnesses training) |
| Tələb olunan minimum iş stajı | 5 il (sahə üzrə) |
| Tələb olunan kompüter bilik səviyyəsi | MS Office |
| Tələb olunan xarici dil bilik səviyyəsi | Rus dili (yaxşı) ; İngilis dili (yaxşı) |
| Vəzifə (peşə) təlimatı | Donanmanın bütün şöbə və xidmətlərində əməyin mühafizəsi ilə əlaqədar işlərin düzgün təşkili və təhlükəsiz aparılmasına, istehsalat avadanlıqlarının, qurğuların texniki sazlığına və düzgün istismarına, sanitariya-gigiyena şəraitinin vəziyyətinə, mühafizə və xilasedici vasitələrinin lazımi miqdarda mövcudluğuna, yararlığına, düzgün istismarına və tətbiqinə nəzarəti həyata keçirmək; Gəmi və sahil bölmələrində əməyin mühafizəsi vəziyyətini, avadanlıqların və qoruyucu vasitələrin sazlığını yoxlamaq; Təsdiq olunmuş qrafik üzrə gəmilərin komanda heyətinin, sahə və bölmə rəislərinin biliklərinin yoxlanmasını həyata keçirmək; İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin, bədbəxt hadisə ilə nəticələnən qəzaların təhqiqində, onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək və bu tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək; İdarə, müəssisə və digər obyektlərdə baş vermiş bədbəxt hadisələr haqqında sex, sahə və gəmi kapitanlarına məlumat vermək; İSO-9001, OHSAS-18001,İSO-14001, İSO-50001 Beynəlxalq Menecment Standartları tələbləri əsasında Cəmiyyət üzrə İnteqrasiya olunmuş Təhlükəsizliyin Keyfiyyətli İdarəetmə Sisteminin (TKİS) tətbiqi və işləməsi üzrə fəaliyyətin təmin edilməsinə nəzarət edir. |
| Tələb olunan bilik və bacarıqlar | Vəzifə öhdəliklərinə aidiyyatı olan Azərbaycan Rеspublikasının qanunvericilik aktlarını, standartların fərqləndirilməsini bacarmalı, konvensiya və məcəllələr haqqında anlayışlı olmalıdır. |
| Vakant ştat sayı | 2 |
| Qeyd | Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır. |
| Vakansiyanın elan olunma tarixi | 2022-03-16 |
| Son müraciət tarixi | 2022-03-26 |
