× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gəmiçiliyin stendi qarşısında ayaq saxlayan ziyarətçilər az deyil  

“Bakı Ekspo Mərkəzi”ndə 25-ci Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas 2018) sərgisi keçirilir. Əsas istiqamətləri neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s. olan sərgiyə 300-dən çox şirkət qatılıb.

Diqqəti gündən-günə qüdrətlənən gənc, müstəqil Azərbaycanın karbohidrogen ehtiyatlarına, Xəzər dənizində reallaşdırılan iri neft-qaz layihələrinə, əlverişli coğrafi məkanda yerləşən ölkəmizin tranzit imkanlarına yönəltmək baxımından da böyük əhəmiyyəti olan sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də  ayrıca stendlə təmsil olunur.

Sərgidə Gəmiçiliyin zəngin inkişaf tarixi, nəqliyyat və dənizdə neft hasilatı ilə bağlı hər cür dəniz nəqliyyatı xidmətləri təklif edən donanmaları haqqında videoçarx nümayiş olunur. Gəmiçiliyin stendi qarşısında ayaq saxlayan ziyarətçilər az deyil. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini təmsil edən nümayəndələr ziyarətçiləri maraqlandıran bütün suallara ətraflı cavab verirlər.