× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun futbol komandası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin futbolçularına 10:3 hesabı ilə qalib gəlib

52 dövlət qurumunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri davam edir.

Turnirin 12-ci turunda ASCO-nun komandası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin futbolçuları ilə üz-üzə gəlib. Qarşılaşma 10:3 hesabı ilə ASCO-nun qələbəsi ilə başa çatıb.

Bu,  ASCO-nun yarış müddətində əldə etdiyi 7-cı qələbədir. Oyun ərzində futbolçularımız 4 dəfə məğlub olub, 1 dəfə isə heç-heçə etməyi bacarıb. 

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə dövlət qurumları arasında təşkil etdiyi yarış 2023-cü il mayın 6-dək davam edəcək.